İsrail polisinin etiraz aksiyasını dağıtması nəticəsində türk əsilli ABŞ vətəndaşı ölüb

İsrail polisinin etiraz aksiyasını dağıtması nəticəsində türk əsilli ABŞ vətəndaşı ölüb

Hazırda oxunan: İsrail polisinin etiraz aksiyasını dağıtması nəticəsində türk əsilli ABŞ vətəndaşı ölüb

210348

İsrail qüvvələrinin İordan çayının qərb sahilindəki Nablus şəhəri yaxınlığında keçirilən nümayişi dağıtması nəticəsində xəsarət alan 26 yaşlı türk əsilli ABŞ vətəndaşı ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə WAFA agentliyi məlumat yayıb.

Məlumata görə, Nablusda yerləşən Rafidiya xəstəxanasının direktoru Fuad Nafianın sözlərinə görə, başından yaralanmış qadın tibb müəssisəsinə aparılıb və bir müddət sonra reanimasiyada dünyasını dəyişib.

O, İsrail hökumətinin İordan çayının qərb sahilində yəhudi məskənlərini genişləndirmək siyasətinə qarşı keçirilən etiraz aksiyasında iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO