Orban: “Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh razılaşması deyil”

Orban: “Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh razılaşması deyil”

Hazırda oxunan: Orban: “Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh razılaşması deyil”

210305

“Ukraynadakı münaqişənin həlli üçün ilk addım sülh planı üzrə razılaşma deyil, atəşkəs olmalıdır”.

Bizim.Media xəbər verir ki, bu fikri Macarıstanın Baş naziri Viktor Orban İtaliyanın Çernobbio şəhərində keçirilən beynəlxalq forumda çıxışı zamanı bildirib.

“Hər iki tərəf üçün məqbul olan və qəbul edilən sülh planını gözləsək, heç vaxt sülh olmayacaq. İlk addım sülh planı deyil, atəşkəsdir”, - deyə Orban qeyd edib.

Macarıstan liderinin sözlərinə görə, Ukrayna böhranı bütün dünyanın, o cümlədən Avropanın hər iki tərəfi sülhə doğru irəliləməyə sövq edəcəyi beynəlxalq kontekstə ehtiyac duyur:

“Bu beynəlxalq kontekst olmadan hər iki tərəfi inandırmaq çox çətin olacaq. Ona görə də sülh ideyasını dəstəkləyən dostlara ehtiyac var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO