Ərəb sürücü yüzlərlə israilli tərəfindən LİNÇ edildi - VİDEO

Ərəb sürücü yüzlərlə israilli tərəfindən LİNÇ edildi - VİDEO

Hazırda oxunan: Ərəb sürücü yüzlərlə israilli tərəfindən LİNÇ edildi - VİDEO

21026

İsrail- Fələstin qarşıdurması davam edir. Gərginlik yəhudi və ərəb cəmiyyətləri arasında da yayılıb. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, fanatik israillilər Tiberias və Bat Yam şəhərlərindəki ərəb mağazalarını qarət ediblər.

Hücum zamanı 1 nəfərin yaralandığı bildirilir. Bununla yanaşı yol hərəkəti zamanı bir ərəb sürücüsü yüzlərlə israilli tərəfindən linç edilib.

Bat Yam şəhərində çəkilən görüntülərdə yüzlərlə israilli ərəb sürücüsünün avtomobilini vurub onu təqib edir. Hücumların qarşısını almaq üçün geri çəkilən sürücü arxasındakı nəqliyyat vasitəsinə çırpılır. Təşvişə düşən sürücü sıx tıxaca girir. Burada sıxışaraq küçənin ortasında yüzlərlə israilli tərəfindən hücuma məruz qalır. Hücumdan sonra sürücünün öldüyü deyilir. 

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO