Rumıniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri VERƏCƏK

Rumıniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri VERƏCƏK

Hazırda oxunan: Rumıniya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri VERƏCƏK

210190

Rumıniya Prezidenti Klaus İohannis Ukraynaya “Patriot” hava hücumundan müdafiə sisteminin verilməsi ilə bağlı müvafiq qanunu təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rumıniya liderinin bəyanatında qeyd edilib.

“Bu gün İohannis “Patriot” zenit-raket kompleksinin Ukraynaya verilməsi ilə bağlı hökumətin təşəbbüsü ilə hazırlanan qanun layihəsini təqdim edib. Ukraynaya amerikalı tərəfdaşla razılaşdırılmış konfiqurasiyada “Patriot” veriləcək.

Bundan əlavə, indi Rumıniya hökumətinə yerüstü hava hücumundan müdafiə imkanlarının bərpası üçün lazımi tədbirlər görmək səlahiyyəti verilib. Yəni indi Rumıniya öz səmasını qorumaq üçün Ukraynaya veriləcək “Patriot”un əvəzinə yeni “Patriot” alacaq”, - deyə məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO