Rusiyanın “agent”i Norveçdə güllələndi – FOTO/VİDEO

Rusiyanın “agent”i Norveçdə güllələndi – FOTO/VİDEO

Hazırda oxunan: Rusiyanın “agent”i Norveçdə güllələndi – FOTO/VİDEO

210137

Rusiyanın agenti olduğu iddia edilən "Hvaldimir" adlı balina güllələnmiş ola bilər. 

Bizim.Media “CNN”ə istinadən xəbər verir ki, bu barədə məlumatı Norveçdə heyvan hüquqlarını müdafiə edən “OneWhale” qrupu yayıb. 

Bildirilib ki, həmin qrup balinanın güllə yaraları ilə öldürüldüyünə dair tutarlı sübutlara əsaslanaraq cinayət təhqiqatı aparılmasına çağırış edib.   
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanın “casus” balinası Norveçdə ölü tapıldı – FOTO


“Hvaldimir, bizim sevimli “agent” balinamız Norveç sahilindən güllələnib. “OneWhale” və “NOAH” təşkilatları olaraq bu məsələnin müvafiq qurumlar tərəfindən araşdırılmasını tələb edirik.  

... Balinanın üzərindəki yaralar sadəcə dəhşətdir. Polisin cəld işə cəlb olunması vacibdir. Onun ölümü ilə bağlı bütün faktlar üzə çıxarılmalıdır”, - paylaşımda qeyd edilib. 

Təşkilatlar “Sandnes” Polis Dairəsinə və İqtisadi və Ekoloji Cinayətlərin Təhqiqat və Təqibi üzrə Norveç Milli İdarəsinə hesabat da təqdim ediblər. 

Cənub-Qərb Polis Bölgəsi Hvaldimirin ölümünü araşdırmaq üçün sorğu aldığını təsdiqləyib. Lakin bölmə rəsmi araşdırma haqda dəqiq məlumat verməyib. 

Xatırladaq ki, Rusiyanın cəsusu olduği iddia edilən “Hvaldimir” ləqəbli balinasının cəsədi sentyabrın 2-si Norveçin Risavika limanının yaxınlığında tapılıb və analiz üçün aparılıb. Balinanın hərəkətlərini izləyən “Marine Mind” şirkətinin qurucusu Sebastian Strand “AFP” xəbər agentliyinə onun ölüm səbəbinin məlum olmadığını və bədənində heç bir aşkar xəsarət izi aşkarlanmadığını qeyd etmişdi. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO