Ukraynanın Ali Radası Andrey Sibiqanı xarici işlər naziri vəzifəsinə təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bu barədə “UNİAN” deputat Yaroslav Jeleznyaka istinadən xəbər yayıb.
Onun sözlərinə görə, qərarın lehinə 258 deputat səs verib.
*** 14:48
Ukrayna Xarici İşlər Naziri vəzifəsinə Dmitri Kulebanın yerinə Andrey Sibiqa təyin edilə bilər.
Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bununla bağlı təklifi Ukrayna Prezidenti Volodimir Zelenski parlamentə təqdim edib.
MÖVZU İLƏ BAĞLI:
Ukraynanın Xarici İşlər Naziri istefa verdi - FOTO
Həmin təklif Ali Radada artıq qeydiyyata alınıb.
Qeyd edək ki, Andrey Sibiqa keçmiş Xarici İşlər Naziri Dmitri Kulebanın müavini vəzifəsində çalışıb.
Bizim.Media