ABŞ-da bu il 30 atışma olub - 131 nəfər vəfat edib

ABŞ-da bu il 30 atışma olub - 131 nəfər vəfat edib

Hazırda oxunan: ABŞ-da bu il 30 atışma olub - 131 nəfər vəfat edib

210041

Cari ilin əvvəlindən ABŞ-da 30 kütləvi atışma olub və nəticədə 131 nəfər ölüb.

Bizim.Media xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, bu atışmaların hər birində azı 4 nəfər ölüb.

Kütləvi atışmalar Ayova, Alabama, Arkanzas, Havay, Corciya, Qərbi Virciniya, İllinoys, Kaliforniya, Kentukki, Missuri, Nevada, Nyu-York, Oklahoma, Pensilvaniya, Şimali Karolina, Texas və Florida ştatlarında baş verib.

Ötən il ABŞ-da 42 belə hadisə qeydə alınıb, nəticədə 217 nəfər həlak olub.

Xatırladaq ki, sentyabrın 4-də Corciya ştatının Uinder şəhərindəki orta məktəbdə atışma nəticəsində 4 nəfər - iki müəllim və iki şagird ölüb. Daha 9 nəfər xəstəxanaya yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO