İranda məşhur idmançı qadınlar tərəfindən QƏTLƏ YETİRİLDİ

İranda məşhur idmançı qadınlar tərəfindən QƏTLƏ YETİRİLDİ

Hazırda oxunan: İranda məşhur idmançı qadınlar tərəfindən QƏTLƏ YETİRİLDİ

209980

İranda boks komandasının rəhbəri qadınlar tərəfindən qətlə yetirilib.

Bizim.Media İran mediasına istinadən xəbər verir ki, Tehran əyalətinin Rabat-Kərim şəhər Polis İdarəsinin komandiri Teymur Kəlantəri bildirib ki, dünən keçmiş idmançı və İranın boks üzrə millisinin məşqçisi İsa Gülməhəmmədi evinin bağında qətlə yetirilib.
 

Məlumata görə, bağın gözətçisi dindirilərkən etiraf edib ki, idmançı ötən gecə evə iki qadınla birlikdə gəlib. O bildirib ki, daha sonra odlu silahdan açılan atəş səsini eşidib və İsa Gülməhəmmədinin öldürüldüyünü görüb.


Qeyd olunub ki, qatillər idmançının telefonunu da götürərək, hadisə yerindən qaçıblar.

Hələlik təqsirkarların axtarışları davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO