Türkiyə millisinin paraatleti Serkan Yıldırımın qızl medalı əlindən alınıb.
Bizim.Media “Haber Türk”ə istinadən xəbər verir ki, buna səbəb Beynəlxalq Olimpiya Komitəsinin (BOK) etirazı nəticəsində baş tutan məhkəmənin qərarı olub.
Belə ki, BOK Serkan Yıldırımın yarışlarda iştirak üçün uyğun olmadığını iddia edib.
Türkiyə Milli Paralimpiya Komitəsi buna cavab olaraq açıqlamasında qeyd edib:
"Türkiyə Milli Paralimpiya Komitəsi Almaniya məhkəməsində Almaniya qanunlarına tabe olan IPC-yə qarşı Serkan Yıldırımın Paris 2024-də yarışmasına icazə verən qərar çıxarıb və idmançımız 100 metr məsafədə çempion olmağı bacarıb. Lakin IPC bu qərarı daha yüksək məhkəməyə verdi və idmançımız “yarışmağa uyğun deyil” deyilərək 400 metr yarış siyahılarından çıxarılıb. Hüquqi proses çərçivəsində 100 metr medalı da əlindən alındı".
TMPK əlavə edib ki, hüquqi prosesdə idmançının arxasında olacaqlar:
“İdmançımızın iyun ayından bəri mübarizə apardığı hüquqi mübarizəni davam etdirəcək və yarışda qazanılan uğurların məhkəmədə itirilməməsi üçün Serkan Yıldırımın yanında olacağıq. 100 metr medalı geri almaq üçün qanuni hüquqlarımızdan istifadə edirik və idmançımızın hüquqları üçün sona qədər mübarizə aparacağıq".
Qeyd edək ki, Serkan Yıldırımın qızıl medalının əlindən alınması nəticəsində Türkiyə medal sıralamasında 25-ci pilləyə düşüb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:50 / 04.09.2024
Türkiyəli paraatletin qızıl medalı əlindən alındı – FOTO
Hazırda oxunan: Türkiyəli paraatletin qızıl medalı əlindən alındı – FOTO
Hazırda oxunan: Türkiyəli paraatletin qızıl medalı əlindən alındı – FOTO
209910
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.