Ağ Ev Ukraynaya ABŞ-dan aldığı silahlarla Rusiyaya zərbə endirməsinə izacə verməyəcək. Bununla bağlı siyasət dəyişməyəcək.
Bizim.Media xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karin Jean-Pierre keçirdiyi brifinqdə deyib.
Jurnalistlərdən biri ona "Vaşinqton Ukrayna Silahlı Qüvvələrinə ABŞ-dan aldığı uzaq mənzilli silahlarla Rusiyaya zərbə endirməsinə icazə verəcəkmi?" sualını verib.
"Siyasətimizə gəlincə, bunun dəyişəcəyini düşünmürəm", deyə o cavab verib.
Yeri gəlmişkən, Ukrayna dəfələrlə Qərb tərəfdaşlarından xahiş edib ki, onlardan aldığı uzaq mənzilli raketlərlə Rusiya ərazisinə zərbə endirməsinə icazə versinlər. Ancaq yaz aylarında Amerika Birləşmiş Ştatları Ukrayna ordusuna yalnız sərhəddəki rus hədəflərinə zərbə endirməyə icazə verib.
Xatırladaq ki, ötən gecə Rusiya ordusu raketlərlə Ukraynanın Lvov və Krivoy-Roq şəhərlərinə zərbələr endirib. Hər iki yaşayış məntəqələrində ölən və yaralananların olduğu deyilir.
Ağ Ev isə bununla bağlı hələ rəsmi açıqlama verməyib.
Bizim.Media