Qadına səhvən 6 doza peyvənd vuruldu

Qadına səhvən 6 doza peyvənd vuruldu

Hazırda oxunan: Qadına səhvən 6 doza peyvənd vuruldu

20990

İtaliyada qadına səhvən altı doza koronavirus peyvəndi vurulub.

Bizim.Media “Euronews”a istinadla məlumat verir ki, hadisə Toskana bölgəsində baş verib. Bildirilir ki, “Pfizer-BioNTech” peyvəndi 23 yaşlı qadına vurulub.

Xəstəxananın sözçüsü Daniella Gianelli qadının 24 saat nəzarətdə saxlanıldığını deyib. Onun səhhətində hansısa bir dəyişiklik olmadığından evə buraxılıb.

Qeyd edilir ki, tibb işçisi peyvəndi 6 qramlıq şprisə doldurub və birdəfəyə qadına vurub, sonra isə gedib.

Faktla bağlı araşdırma başladılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO