Filippin prezidenti Rodriqe Duterte hökumət qüvvələrinə radikal solçu "Yeni Xalq Ordusunun" (YXO) yaraqlılarını yerindəcə öldürmək barədə göstəriş verib.
Bizim.Media bildirir ki, bu barədə Filippinin dövlət başçısı Mindanao əyalətinə səfəri zamanı bəyan edib.
R.Dutertenin sözlərini sitat gətirən "Manila Bulletin" nəşri yazır: "YXO-nun nümayəndələrinə gəlincə, mənim əmrim onları məhv etməkdir.
Əgər siz YXO-nun nümayəndəsinin silah gəzdirdiyini görürsünüzsə, onu öldürün. Başqa heç nə demək lazım deyil, əks halda o, sizi öldürəcək".
Qeyd edək ki, Filippin prezidenti 2017-ci ildə Maoçu Filippin Kommunist Partiyasının silahlı qanadı olan YXO-nu terrorçu təşkilat elan edib.
Həmin vaxt hərbçilərə və mülki vətəndaşlara qarşı törədilən qanlı cinayətlər səbəbindən R.Duterte sülh danışıqlarını dayandırmağı da əmr edib.
2020-ci il dekabrın 9-da Filippin Antiterror Şurası YXO-nu respublikanın terrorçu təşkilatları siyahısına daxil edib. Ötən ilin martında isə, Filippin lideri orduya bu yaraqlılara atəş açmaq və onları öldürmək barədə göstəriş verib.(Azərtac)
Bizim.Media
- A-
- A
- A+
Dünya
03:15 / 13.05.2021
Filippin prezidentindən göstəriş - Onlar yerindəcə öldürülsün
Hazırda oxunan: Filippin prezidentindən göstəriş - Onlar yerindəcə öldürülsün
Hazırda oxunan: Filippin prezidentindən göstəriş - Onlar yerindəcə öldürülsün
20986
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.