KİV: Ukrayna XİN Dmitri Kulebanı istefaya göndərməyi planlaşdırır

KİV: Ukrayna XİN Dmitri Kulebanı istefaya göndərməyi planlaşdırır

Hazırda oxunan: KİV: Ukrayna XİN Dmitri Kulebanı istefaya göndərməyi planlaşdırır

209857

Rəsmi Kiyev Ukraynanın xarici işlər naziri Dmitri Kulebanı istefaya göndərməyi planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” mənbələrə istinadən məlumat yayıb.

İdda edilir ki, Kiyevdə bu vəzifəyə namizədliyi müzakirə edilir və ən layiqli namizəd  xarici işlər nazirinin birinci müavini Andrey Sibiqa hesab olunur.

“Mənbələr deyir ki, hökumət başqa ixtisarlar hazırlayır. Eyni zamanda, baş nazir Denis Şmıxalın vəzifəsində qaldığı bildirilir”, - qəzet yazır.
 

Qeyd edək ki, bu gün Ukrayna baş nazirinin müavini İrina Vereşçuk istefaya gedir. Baş nazirin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina da istefa vermək qərarına gəlib.


Müraciətlər həmçinin Strateji Sənaye Nazirliyinin rəhbəri, Ədliyyə Nazirliyinin rəhbəri və Ukraynanın Ekologiya Nazirliyinin rəhbəri tərəfindən təqdim edilib. Onlarla birlikdə Ukrayna Dövlət Əmlak Fondunun rəhbəri də istefa ərizəsi təqdim edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO