Niderland Ukraynaya 200 milyon avro məbləğində yeni yardım paketi ayırıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Niderlandın Baş naziri Dik Şuf Zaporojye şəhərinə səfəri zamanı “X” hesabında məlumat verib.
"Biz Ukraynaya kömək etmək üçün əlimizdən gələni etməliyik. Özü də təkcə cəbhədə yox, həm də gündəlik həyatda. Buna görə də Niderland 200 milyon avrodan artıq məbləğdə yeni yardım paketi təqdim edir”, - o qeyd edib.
Bildirilib ki, vəsait ilk növbədə, enerji infrastrukturunun qorunması və təmirinə, eləcə də humanitar yardımın göstərilməsinə yönəldiləcək.
Bizim.Media