Ərdoğan: Türkiyə 60 milyon turistdən 60 milyard dollar qazanacaq

Ərdoğan: Türkiyə 60 milyon turistdən 60 milyard dollar qazanacaq

Hazırda oxunan: Ərdoğan: Türkiyə 60 milyon turistdən 60 milyard dollar qazanacaq

209532

Türkiyə 2024-cü ilin sonuna kimi 60 milyon turist qəbul edəcəyini və 60 milyard dollar turizm gəliri əldə edəcəyini gözləyir.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun dediyinə görə, iyul ayının sonuna olan məlumata əsasən, Türkiyəyə gələn turistlərin sayı 35 milyona çatıb:

“2024-cü ilin sonuna kimi biz 60 milyon turist və 60 milyard dollar turizm gəliri əldə etməyi hədəfləyirik”.

Ərdoğan xatırladıb ki, 2023-cü ildə Türkiyəyə 56,7 milyon turist gəlib, turizm gəlirləri isə 56 milyard dollar təşkil edib.

2023-cü ildə Türkiyəyə səfərlərin sayına görə birinci yeri Rusiya vətəndaşları tutub - 6,3 milyon nəfər. 2024-cü ildə Rusiyadan Türkiyəyə turist axını, proqnozlara görə, 7 milyon nəfərə çata bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO