Roma Papası: Qoy Qüds xristianların, yəhudilərin və müsəlmanların xoş qarşılandığı görüş yeri olsun

Roma Papası: Qoy Qüds xristianların, yəhudilərin və müsəlmanların xoş qarşılandığı görüş yeri olsun

Hazırda oxunan: Roma Papası: Qoy Qüds xristianların, yəhudilərin və müsəlmanların xoş qarşılandığı görüş yeri olsun

209530

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Yaxın Şərqdə sülhün əldə olunmasının vacibliyini qeyd edib.

Bizim.Media xəbər verir ki, pontifik ənənəvi “Angelus” duası zamanı tərəfləri atəşkəs üçün danışıqları dayandırmamağa çağırıb.

Roma Papası Qəzzada ən qısa zamanda atəşkəsə nail olmağın zəruriliyini bildirib, münaqişənin Fələstinin digər şəhərlərinə yayılma riskindən narahatlığını ifadə edib.

O, girovların azad edilməsinin və müxtəlif xəstəliklərin yayıldığı Qəzzada insanlara yardım etməyin vacibliyini vurğulayıb.

“Müqəddəs torpaqda əmin-amanlıq, Qüdsdə sülh olsun. Qoy müqəddəs şəhər xristianların, yəhudilərin və müsəlmanların hörmət olunduğu və xoş qarşılandığı görüş yeri olsun, heç kim müqəddəs yerlərdə status-kvonu şübhə altına almasın”, - deyə pontifik əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO