“Rusiyanın NATO ölkələrinin ərazisinə hücum etmək kimi bir planı yoxdur”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Rusiya XİN bildirilib ki, bundan əvvəl KİV-də Rusiyanın Litva ərazisinə qoşun yeridə biləcəyi barədə məlumatlar yayılmışdı.
“Biz öz tərəfimizdən bir daha qeyd edirik ki, ölkəmizin belə planları yoxdur”, - deyə Rusiya Xarici İşlər Nazirliyi bu məlumatı təkzib edib.
Departament Rusiyanın NATO ölkələri ilə dialoqa açıq qaldığını vurğulayıb. Nazirlik onu da qeyd edib ki, Kreml heç bir təhlükə yaratmır, lakin Rusiyanın maraqlarını potensial olaraq təhdid edən hərəkətləri də diqqətdən kənarda qoymayacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
21:22 / 01.09.2024
Moskva: NATO ölkələrinin ərazisinə hücum etmək planımız yoxdur
Hazırda oxunan: Moskva: NATO ölkələrinin ərazisinə hücum etmək planımız yoxdur
Hazırda oxunan: Moskva: NATO ölkələrinin ərazisinə hücum etmək planımız yoxdur
209516
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.