Helikopterin qəzaya uğradığı yerdən 17 cəsəd tapıldı

Helikopterin qəzaya uğradığı yerdən 17 cəsəd tapıldı

Hazırda oxunan: Helikopterin qəzaya uğradığı yerdən 17 cəsəd tapıldı

209437

Kamçatkada radarlardan itmiş Mi-8 helikopterinin qəzaya uğradığı yerdə 17 cəsəd aşkarlanıb.

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə informasiyanı Rusiya Fövqəladə Hallar Nazirliyi yayıb.
 

Hazırda hadisə yerində Rusiya FHN-in Kamçatka diyarı üzrə Baş idarəsinin axtarış-xilasetmə qrupunun 9 xilasedicisi var. Ərazidə qaranlıq düşdüyü üçün axtarış işləri səhər saatlarına qədər dayandırılıb.


Xatırladaq ki, “Vityaz-Aero” aviaşirkətinə məxsus Mi-8 helikopteri bir gün əvvəl Kamçatkada radarlardan itmişdi. İlkin məlumata görə, qəza anında helikopterin göyərtəsində 22 nəfər olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO