Stalini qorxuya salan MÜƏMMALI OLAY – 1952-ci ildə yoxa çıxan qatar 40 il sonra harada TAPILDI?

Stalini qorxuya salan MÜƏMMALI OLAY – 1952-ci ildə yoxa çıxan qatar 40 il sonra harada TAPILDI?

Hazırda oxunan: Stalini qorxuya salan MÜƏMMALI OLAY – 1952-ci ildə yoxa çıxan qatar 40 il sonra harada TAPILDI?

209218

1952-ci ilin yayında 200 məktəblinin olduğu qatar pioner düşərgəsinə getmək üçün Kannelyarvi stansiyasına yola düşür. Stansiya rəisinin və dispetçerin ifadəsinə görə, qatar yerli vaxtla saat 13:30-da platformanın yanından keçib. Amma qatar nəyə görəsə platformada dayanmayıb. Bundan narahat olan stansiya rəhbərliyi dərhal yuxarı instansiyalara məlumat verir.
Az sonra isə məlum olur ki, qatar növbəti stansiyaya çatmayıb...

Bizim.Media xəbər verir ki, bu barədə məqalə Rusiyanın “Novosti-24”nəşrində dərc edilib.

Məqalədə deyilir ki, qatarın keçdiyi ərazidə yalnız bir yol olduğunu nəzərə alsaq, qatar heç yerə dönə bilməzdi:
 

MÖVZU İLƏ BAĞLI:

Sumqayıtın GİZLİ TARİXİ – Stalin yeni şəhəri niyə məhz bu ərazidə SALMAQ İSTƏYİB?


“Hadisədən təxminən 4 saat keçmiş bütün dəmir yolu sistemi ayağa qalxdı. Hər kəs itən qatarı axtarmağa başladı. Hadisənin araşdırılmasına DTK və Daxili İşlər İdarəsinin əməkdaşları da qoşuldu. Uşaqlarla birlikdə qatarın yoxa çıxması xəbəri tez bir zamanda DTK sədri Beriyaya və Sovet hökumətinin rəhbəri Stalinə çatır. İosif Vissarionoviç bəyan edir ki, üç gün ərzində hadisənin bütün iştirakçıları sağ tapılmalı və günahkarlar cəzalandırılmalıdır.

Dəmiryol yolunu öyrənmək və qatarı axtarmaq üçün əraziyə bir neçə yüz polis əməkdaşı, DTK zabiti və könüllülər gətirildi. Qatarın gedə biləcəyi bütün ərazi təcrübəli dövlət mühafizəsi və polis əməkdaşları tərəfindən yoxlanıldı. Heç bir ipucu tapılmadı.

Yalnız iki gün sonra, səhər dumanında qatar hamı üçün gözlənilməz olan ərazidə- Sankt-Peterburqda relslərin üzərində tapıldı. Halbuki qatar Kannelyarvidə dayanmalı idi. Onu yanan projektorlar və faralardan tanımışdılar. Heç kəs gözlərinə inanmadı. Çünki bir az əvvəl qatarın dayandığı ərazi boş idi. Xoşbəxtlikdən uşaqların hamısı yerində və sağlam idi.

Qatar heyəti və müəllimlər üçün amansız cəza

Hadisədən sonra sərnişinlər və Dəmir Yolları Nazirliyinin (Sovet Rusiya Dəmir Yolları) əməkdaşları istintaqa cəlb olundular. Lakin, böyüklər də, uşaqlar da bir ağızdan qatarın gümüşü-ağ dumana büründüyünü bildirdilər. Bundan başqa heç nə görmədiklərini dedilər.
Amma görünən o idi ki, qatar təkcə məkanlar arasında deyil, həm də zamanda hərəkət edib.

Bütün sorğu-suallardan sonra qatarın maşinisti Seçkin ömürlük həbs cəzasına məhkum edilir.

Qatar müdiri 15 il həbs cəzası alır. Bütün hadisələr zamanı qatarda olan uşaq düşərgəsinin müəllimi və işçisi isə 10 il müddətinə azadlıqdan məhrum edilirlər. Hətta Kannelyarvi stansiyasında növbətçi olan şəxsə də 10 il həbs cəzası verilir.

40 il sonra Finlandiyada

7 iyul 1992-ci ildə Finlandiyanın dəmir yol vağzallarından birində qəribə hadisə baş verir. Stansiyaya uçota alınmamış qatar daxil olur. Taxta vaqonlardan ibarət qatar məhz itən qatarın eynisi və dartıcı da Sovet IS20 parovozu idi. Şahidlər danışır ki, qatar Leninin və Stalinin portretləri və bir çox qırmızı bayraqlarla bəzədilmişdi.

Qatardan platformaya pioner forması geyinmiş 200-ə yaxın uşaq çıxır. Uşaqlar və onların yanındakı böyüklər də şübhəli davranırdılar. Sanki nədənsə qorxurlar. Sonra hamı yenidən vaqonlara mindi və lokomotiv bütün qaydalara məhəl qoymadan stansiyadan sürətlə uzaqlaşdı.

Dəmiryol yolunda fəlakətin qarşısını almağa çalışan stansiya dispetçeri Kseniya Mişkina hər şey barədə polisə xəbər verib. Ancaq stansiyada və qatarın getdiyi istiqamətdə heç bir qəza baş qeydə alınmır. IS20 qatarı sözün əsl mənasında buxarlanır.

Mütəxəssislər hesab edir ki, tarixdə sıx dumanda qalan insanların həm kosmosda, həm də zamanda səyahət etdiyinə dair bir neçə oxşar hal məlumdur. Lakin bu hallar elmi cəhətdən sübuta yetirilməyib...

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO