Ukrayna Monqolustanı Putini həbs etməyə ÇAĞIRDI

Ukrayna Monqolustanı Putini həbs etməyə ÇAĞIRDI

Hazırda oxunan: Ukrayna Monqolustanı Putini həbs etməyə ÇAĞIRDI

209162

Ukrayna Monqolustanı Rusiya Prezidenti Vladimir Putini həbs etməyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Ukrayna XİN Monqolustana ölkə hakimiyyətinin Putinin həbsi və Haaqa məhkəməsinə çıxarılması üçün Beynəlxalq Cinayət Məhkəməsinin məcburi orderini icra etməklə bağlı müraciət ünvanlayıb.

“Putin BCM-nin həbs qərarı verdikdən sonra ilk dəfə olaraq məhkəmənin yurisdiksiyasını tanıyan bir ölkəyə - Monqolustana səfər edəcək. Kiyev bu əmrə məhəl qoymamaqda israr edir. Kreml məhkəmə qərarlarını etibarsız hesab edir.

Monqolustan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) yurisdiksiyasını tanıyır və buna görə də Rusiya prezidenti Vladimir Putinin həbsinə dair orderi icra etməyə borcludur. Putin və Rusiya Federasiyasının digər hərbi-siyasi rəhbərliyi ədalət qarşısında cavab verməlidir", - Ukrayna XİN-nin bəyanatında deyilir.

Qeyd edək ki, Putin sentyabrın 3-də Monqolustana səfər etməyi planlaşdırıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO