ABŞ-dan Türkiyəyə mesaj: “Hər cür yardıma hazırıq...”

ABŞ-dan Türkiyəyə mesaj: “Hər cür yardıma hazırıq...”

Hazırda oxunan: ABŞ-dan Türkiyəyə mesaj: “Hər cür yardıma hazırıq...”

209033

“ABŞ hər cür yardıma hazırdır”.

 

Sfera.az bildirir ki, bunu  ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan Türkiyədəki zəlzələ ilə bağlı danışarkən deyib.

 

“Birləşmiş Ştatlar bu gün Türkiyə və Suriyada baş verən dağıdıcı zəlzələ xəbərlərindən narahatdır. Biz lazım olan hər cür yardımı göstərməyə hazırıq. Prezident Bayden ən çox zərər çəkənlərə kömək etmək üçün “USAID” və digər federal hökumət tərəfdaşlarına təlimat  verib.  Biz Türkiyə hökuməti ilə koordinasiyalı şəkildə vəziyyəti yaxından izləməyə davam edəcəyik”, deyə Sullivan bildirib.

 

Qeyd edək ki, “USAID” ABŞ hökumətinin xarici yardım təşkilatıdır.

 

Günay Rəsulqızı

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO