Günlərdir yoxa çıxan 8 yaşlı Narin Türkiyə gündəmində - FOTO/VİDEO

Günlərdir yoxa çıxan 8 yaşlı Narin Türkiyə gündəmində - FOTO/VİDEO

Hazırda oxunan: Günlərdir yoxa çıxan 8 yaşlı Narin Türkiyə gündəmində - FOTO/VİDEO

208978

Türkiyənin Diyarbəkir şəhərində bir neçə gündür 8 yaşlı Narin Güran itkin düşüb. 

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, avqustun 21-də itkin düşən Narinin axtarışları hazırda ölkə mediasının gündəmindədir.  

Məlumata görə, azyaşlı qızın axtarışlarında 1710 canlı qüvvə iştirak edir.  

Qeyd olunub ki, Narin həmin gün Quran kursundan çıxdıqdan bir müddət sonra yoxa çıxıb. Qızından xəbər ala bilməyən ailə ilk olaraq onun axtarışları ilə özü məşğul olub, onu tapa bilmədikdə isə polisə məlumat verib. 

Hadisə ilə bağlı araşdırma çərçivəsində 18 yaşlı bir gənc saxlanılıb. Onun daha sonradan itkin düşən qızın qardaşı olduğu məlum olub.  

Bildirilir ki, onun qollarında dişləmə izləri aşkarlanıb və tibbi ekspertiza üçün İstanbula aparılıb. Narinin qardaşı müayinədən sonra yenidən Diyarbəkirə qaytarılacaq.  

Bununla yanaşı, Narinin anası Yüksel Güran “Show TV”də canlı yayımda qızının itkin düşməsi barədə danışıb: “Bizdən şübhələnərlər deyə deməmişdim, ilk dəfə danışıram. Hərbi xidmətə yollanmalı olan oğlum və iki dostu Narinin itkin düşdüyü saatlarda evin arxasında siqaret çəkir və bir iti incidirdilər. Etməyin, günahdır, dedim”. 

Yüksel Güranın bu sözlərindən sonra ailənin dindirilmək üçün polisə getməli olduğu bildirilərək yayım dayandırılıb. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO