İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO

İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO

Hazırda oxunan: İstanbulda iki metrobus toqquşdu: 1 ölü, 38 yaralı var - FOTO/VİDEO

208917

İstanbulun Küçükçekmece bölgəsində metrobusların toqquşması nəticəsində 1 nəfər ölüb, 2-si ağır olmaqla 38 nəfər yaralanıb. Qəza səbəbindən metrobus yolunda hər iki istiqamətdə uzun müddət xidmətlər dayandırılıb. Hadisəni törədən sürücülərdən biri saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "trthaber.com" saytı yayıb.

Mənbə qeyd edir ki, Beylikdüzü istiqamətində hərəkət edən metrobüs Sefaköy ərazisində idarəetmədən çıxaraq qarşı tərəfdən gələn metrobüslə toqquşub. Metrobüs daha sonra sürüşərək baryerlərə çırpılıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis, xilasetmə və tibb qrupları göndərilib.

Xilasetmə qrupları metrobusun altında qalan 2 nəfəri xilas edib. Yaralılar sağlamlıq qrupları tərəfindən ilkin tibbi yardım göstərildikdən sonra ətraf xəstəxanalara aparılıb.

Qəzaya uğrayan metrobusların şüşələrinin sındığı, ön və daxili hissələrinin zədələndiyi müşahidə edilib.

Bu arada qəzadan xəsarət almadan xilas olan sərnişinlər metrobus yolundan keçərək dayanacaqlara çatmağa çalışırlar.

Qəza səbəbindən metrobus yolunda hər iki istiqamətdə gedişlər həyata keçirilə bilməyib, nəticədə uzun nəqliyyat növbəsi və sərnişin sıxlığı yaranıb.

Qəza ilə bağlı Küçükçekmece Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.














Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO