Məsud Pezeşkian ilk xarici səfərini bu ölkəyə edəcək

Məsud Pezeşkian ilk xarici səfərini bu ölkəyə edəcək

Hazırda oxunan: Məsud Pezeşkian ilk xarici səfərini bu ölkəyə edəcək

208767

İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkian vəzifəyə gəldikdən sonra ilk xarici səfərini İraqa edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə İranın Bağdaddakı səfiri Məhəmməd Kazım Əl-Sadiq İRNA-ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Pezeşkian İraqın baş naziri Məhəmməd əl-Sudaninin rəsmi dəvəti ilə sentyabrın ortalarında Bağdada səfər edəcək.

Kazım Əl-Sadiq vurğulayıb ki, bu səfər zamanı İranın əvvəlki prezidenti İbrahim Rəisinin dövründə əldə olunmuş razılaşmalar üzrə bəzi sənədlərin imzalanması gözlənilir.

Səfir, həmçinin Pezeşkianın səfərinin iki ölkə arasında münasibətlərin inkişafına və dərinləşməsinə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO