Yaponiyanın cənub-qərbində güclü “Şanşan” qasırğasının yaxınlaşması səbəbindən şiddətli küləklər və yüksək dalğalar yaranması ilə bağlı xüsusi xəbərdarlıq edilib.
Bizim.Media xəbər verir ki, Yaponiya Milli Meteorologiya Xidməti su hövzələrinin sahillərini aşması və torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq edib. Bu, xüsusən çökək və dağlıq ərazilərdə yaşayanlara aiddir. Təhlükə halında onlara yubanmadan xüsusi mərkəzlərə təxliyə edilmələri tövsiyə olunur.
Yaponiya hökuməti, həmçinin təbii fəlakətlərə reaksiya vermək və onlar haqqında məlumat toplamaq üçün xüsusi qərargah yaradıb.
Yaxınlaşan qasırğa ilə əlaqədar ölkədə 230-dan çox aviareys təxirə salınıb. Eyni zamanda, sürət qatarlarının hərəkətinin dayandırılması və bir neçə magistral yolun bağlanması da nəzərdə tutulur. Sentyabrın 1-nə planlaşdırılan fəlakətlərin qarşısının alınması təlimi ləğv edilib.
"Şanşan" hazırda Kyusu adasının cənubundan şimal-şərq istiqamətində hərəkət edir. Tropik qasırğanın keçdiyi ərazidə küləyin sürəti saniyədə 45-60 metrə çatır.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:30 / 28.08.2024
Yaponiya sahillərinə güclü tropik qasırğa yaxınlaşır - 230-dan çox aviareys təxirə salındı
Hazırda oxunan: Yaponiya sahillərinə güclü tropik qasırğa yaxınlaşır - 230-dan çox aviareys təxirə salındı
Hazırda oxunan: Yaponiya sahillərinə güclü tropik qasırğa yaxınlaşır - 230-dan çox aviareys təxirə salındı
208758
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.