Ankarada adı şərti olaraq "Ulduz Aypara" adlı obyekt tikilir. Müdafiə Nazirliyi ilə Türkiyə Silahlı Qüvvələrinin komandanlıq mərkəzləri bu binada yerləşəcək.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin “Daily Sabah” qəzeti yazıb.
“Türkiyə Pentaqonu” adlanan kompleksin təməli 2021-ci ildə prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Nəşrin məlumatına görə, onun tikintisinin 2025-ci ildə başa çatdırılması planlaşdırılır.
Kompleks unikal dizayn, ölçü və qabaqcıl texnoloji xüsusiyyətlərə malik olacaq. O, 12,6 milyon kvadratmetrlik geniş ərazidə yerləşir. Onun 890.000 kv. m.lik qapalı sahəsi olacaq. Müdafiə Nazirliyi, Baş Qərargah və Türkiyə Silahlı Qüvvələrinin bütün bölmələri bir şəhərcikdə yerləşəcək.
Kompleks "Pentaqon"dan daha böyük olacaq.
Mərkəzin açıq sahəsi mərasimlərin keçirildiyi yer olacaq. Kompleks qabaqcıl texnologiyalarla təchiz olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:20 / 28.08.2024
Türkiyənin öz “Pentaqon"u olacaq
Hazırda oxunan: Türkiyənin öz “Pentaqon"u olacaq
Hazırda oxunan: Türkiyənin öz “Pentaqon"u olacaq
208728
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.