Zaxarova: “Makronun Durovla bağlı sözləri Parisin söz azadlığını məhv etdiyini göstərir”

Zaxarova: “Makronun Durovla bağlı sözləri Parisin söz azadlığını məhv etdiyini göstərir”

Hazırda oxunan: Zaxarova: “Makronun Durovla bağlı sözləri Parisin söz azadlığını məhv etdiyini göstərir”

208634

Fransa prezidenti Emmanuel Makronun “Telegram”ın təsisçisi Pavel Durovun işi ilə bağlı bəyanatı Parisin əvvəllər bəyan etdiyi dəyərləri və söz azadlığını məhv etdiyini göstərir. 

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Durovun köməkçisi və mühafizəçisi Parisdə sərbəst buraxıldı


“Fransa prezidentinin Durovla bağlı bəyanatını oxudum. Makronun Olimpiadası hələ bitməyib və o, “Fransanın əsl simasını” nümayiş etdirməkdə davam edir. 

Mən də bəyəndim ki, onun bəyanatından əvvəl Fransa Xarici İşlər Nazirliyi “Telegram”ın yaradıcısı ətrafında yaranmış vəziyyəti şərh etməkdən imtina etməsini “Fransa məhkəmə sisteminə hörmət”lə izah etdi. Belə çıxır ki, Makron Fransanın məhkəmə sisteminə hörmət etmir?  Rəsmi Paris hörmətsizlik deyil, söz azadlığı da daxil olmaqla, əvvəllər bəyan edilmiş dəyərlərin məhv edilməsini nümayiş etdirir” – deyə Zaxarova qeyde dib. 

Qeyd edək ki, “Telegram”ın yaradıcısı Pavel Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. Yerli mətbuatın məlumatına görə, Fransa vətəndaşlığında olan iş adamı axtarışda olub.   

İddialara görə, o, bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik ticarəti, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur. 

Fransa prezidenti Emmanuel Makron Pavel Durovun həbsinin siyasi qərar olmadığını bildirib. Makron onun məhkəmə istintaqı çərçivəsində saxlanıldığını qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO