Kazan məktəbindəki atışmada ölənlərin və yaralananların ailələrinə pul veriləcək - FOTO

Kazan məktəbindəki atışmada ölənlərin və yaralananların ailələrinə pul veriləcək - FOTO

Hazırda oxunan: Kazan məktəbindəki atışmada ölənlərin və yaralananların ailələrinə pul veriləcək - FOTO

20861

Kazandakı məktəbdə baş verən atışma nəticəsində ölənlərin ailələrinə bölgə rəhbərliyi tərəfindən 1 milyon rubl pul ayrılacaq.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Tatarıstan Prezidentinin mətbuat xidmətinin rəhbəri Liliya Qalimova yayıb.

"Hökumət prezident adından ödənişlərin təşkili haqqında bir fərman hazırlayır: qurbanların ailələrinə 1 milyon, ağır və orta dərəcədə yaralananlara 400 min, yüngül yaralananlara 200 min rubl veriləcək". TASS agentliyi Qalimovanın dediklərindən sitat gətirib.

Xatırladaq ki, 175 nömrəli Kazan gimnaziyasındakı hücum nəticəsində yeddi səkkizinci sinif şagirdi və bir müəllim ölüb. 20-dən çox insan müxtəlif bədən xəsarətləri ilə xəstəxanalara yerləşdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO