Fransada saxlanılan Telegram-ın təsisçisi Pavel Durov kibercinayətlərlə bağlı aparılan istintaq çərçivəsində daha 48 saat həbsdə qalacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Paris prokurorluğu çərşənbə axşamı yayıb.
MÖVZU İLƏ BAĞLI:
Durovun köməkçisi və mühafizəçisi Parisdə sərbəst buraxıldı
Xatırladaq ki, Telegram messencerinin təsisçisi Pavel Durov avqustun 24-də Parisin Le Burje hava limanında saxlanılıb. Yerli mətbuatın məlumatına görə, Fransa vətəndaşlığı da olan iş adamı axtarışda olub.
İddialara görə, o, bir sıra cinayətlərdə, o cümlədən terrorizm, narkotik ticarəti, dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunur.
Bizim.Media