Trampdan NÖVBƏTİ VƏD: ABŞ Kosmik Qüvvələrinin Milli Qvardiyasını yaradacaq və…

Trampdan NÖVBƏTİ VƏD: ABŞ Kosmik Qüvvələrinin Milli Qvardiyasını yaradacaq və…

Hazırda oxunan: Trampdan NÖVBƏTİ VƏD: ABŞ Kosmik Qüvvələrinin Milli Qvardiyasını yaradacaq və…

208544

Keçmiş Amerika lideri və Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp noyabrda keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə Rusiya və Çinlə qarşıdurmanı davam etdirmək üçün ABŞ Kosmik Qüvvələrinin Milli Qvardiyasını yaradacağına söz verib.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp Miçiqan ştatının Detroit şəhərində keçirdiyi brifinq zamanı bəyan edib.

"Birləşmiş Ştatların Kosmik Qüvvələrinin əsas döyüş ehtiyatı kimi Milli Kosmik Qvardiyanı yaratmağın vaxtı çatıb. Prezident kimi mən Milli Kosmik Qvardiyanı yaradan tarixi qanunu imzalayacağam", - deyə amerikalı milyarder bildirib.

Respublikaçı hesab edir ki, 2019-cu ildə Kosmik Qüvvələrin yaradılmasına göstəriş verməklə Rusiya və Çinin ABŞ-ı qabaqlamasına mane olub: "Rusiya və Çin bizi məhv etdi, çünki biz kosmosa diqqətimizi cəmləməmişdik. İndi diqqətimizi cəmlədiyimiz üçün biz liderik".

Tramp həmçinin ABŞ ordusunun gücləndirilməsinə, o cümlədən dronların, robot texnikasının, süni intellektin inkişafının, hipersəs silahlarının istehsalına tarixi investisiyalar yatıracağını vəd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO