Rusiya Ukraynanın F-16 qırıcılarını gizlətdiyi anqara zərbə endirdi

Rusiya Ukraynanın F-16 qırıcılarını gizlətdiyi anqara zərbə endirdi

Hazırda oxunan: Rusiya Ukraynanın F-16 qırıcılarını gizlətdiyi anqara zərbə endirdi

208414

Rusiya ordusu Ukraynada müdafiə sənayesi obyektlərinə genişmiqyaslı zərbə endirib.

Bizim.Media yerli KİV-ə istinadən xəbər verir ki, nəticədə Ukraynanın hər yerində partlayışlar baş verib.

Ukraynada hava hücumu xəbərdarlığı Moskva vaxtı ilə səhər saat altıdan sonra elan edilib.

Ukrayna mediası bir sıra regionlarda: Kiyev, Xarkov, Sumı, Poltava, Vinnitsa, Kirovoqrad, Dnepropetrovsk, İvano-Frankivsk, Lvov və Odessa vilayətlərində partlayışlarım olduğunu açıqlayıb.

Kiyevdə silsilə partlayışlardan sonra elektrik enerjisi kəsilib. Ümumilikdə, şəhərdə təxminən on partlayış səsi eşidilib.
 

Odessada enerji obyekti vurulub, Lvov vilayətinin Stryi şəhərində zərbədən sonra ciddi bir partlayış baş verib, elektrik enerjisi kəsilib. İvano-Frankovskda hərbi texnikalarım olduğu anqara zərbə endirilib, partlayış Ukrayna Silahlı Qüvvələrinin iki F-16 gizlətdiyi ərazidə baş verib.


Volında isə zərbə Ukrayna hərbçilərinin dislokasiya olduğu yerə endirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO