Durovun sevgilisi Qərb kəşfiyyat xidmətləri tərəfindən ələ alınıb?

Durovun sevgilisi Qərb kəşfiyyat xidmətləri tərəfindən ələ alınıb?

Hazırda oxunan: Durovun sevgilisi Qərb kəşfiyyat xidmətləri tərəfindən ələ alınıb?

208344

“Moskvada Durovla Bakıda olan Yuliya Vavilovanın Qərb kəşfiyyatı tərəfindən ələ alınaa biləcəyi ilə bağlı versiya nəzərdən keçirilir. Hazırda Moskva ofislərində bu versiya üstünlük təşkil edir və müvafiq araşdırmalar aparılır”.

Bizim.Media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindəki mənbə Haqqin.az-a müsahibəsində bildirib.

İlkin məlumata görə, Vavilova Parislə sıx əlaqədə olub.

Xatırladaq ki, Telegram messencerinin yaradıcısı Pavel Durovla birlikdə 24 yaşlı Yuliya Vavilova da Parisdə saxlanılıb. Bu barədə Baza telegram kanalı yazıb.

Nəşr bildirir ki, avqustun 16-da Yuliya İnstaqram səhifəsində Qazaxıstandan Azərbaycana uçduğunu yazıb. Qızın fonunda Embraer Legacy 600 təyyarəsi görünüb.

“Sosial şəbəkələrə görə, Yuliya Dubayda yaşayır və tez-tez özünü Pavel Durovun olduğu yerlərdə tapır. Avqustun 25-nə keçən gecə Yuliya internetdə görünməyi dayandırıb. Juliya özü özünü oyunçu, yayımçı, kripto-investor adlandırır və ərəb dilində kripto ilə bağlı kanal idarə edir”, deyə Baza qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO