Qəzaya düşən Nəsiman Yaqublu vəfat etdi

Qəzaya düşən Nəsiman Yaqublu vəfat etdi

Hazırda oxunan: Qəzaya düşən Nəsiman Yaqublu vəfat etdi

208343

Bu gün saat 19 radələrində Cəbrayıl rayonu ərazisində sürücü Nəsiman Yaqublu "Nissan" markalı avtomibillə hərəkətdə olan zaman idarəetməni itirərək maşını yol kənarına aşırıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bizim.Media-ya bildirilib ki, N.Yaqublu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb.

Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Bakı Dövlət Universitetində müəllim işləyən professor Nəsiman Yaqublu Zəngilan-Qubadlı dairəsindən deputatlığa namizəd olub. O, Zəngilandan seçicilərlə görüşdən qayıdırmış.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO