Britaniyanın Baş naziri: Ölkəmizdə həyat şəraiti daha da pisləşəcək

Britaniyanın Baş naziri: Ölkəmizdə həyat şəraiti daha da pisləşəcək

Hazırda oxunan: Britaniyanın Baş naziri: Ölkəmizdə həyat şəraiti daha da pisləşəcək

208335

Böyük Britaniyanın Baş naziri Kir Starmer avqustun 27-də ölkədəki cari vəziyyətlə bağlı geniş məzmunlu çıxış edəcək.

Bizim.Media xəbər verir ki, çıxışdan əvvəl Baş nazirin nitqinin əsas məqamları media nümayəndələri ilə paylaşılıb.

Kir Starmer çıxışında Böyük Britaniyada həyat şəraitinin yaxşılaşmazdan əvvəl daha da pisləşəcəyini vurğulayacaq.

Kir Starmer Mühafizəkarlar Partiyasından ölkəyə iqtisadi və cəmiyyətlə bağlı ciddi problemlərin miras qaldığını bildirəcək.

Baş nazir bu çətinlikləri aradan qaldırmaq üçün təcili tədbirlər görmək və ənənəvi yanaşmalardan kənara çıxmağın zəruri olduğunu deyəcək. Həmçinin, Kir Starmer dövlət büdcəsində 22 milyard funt-sterlinq həcmində kəsir olduğunu vurğulayacaq.

Baş nazir çıxışında həbsxanalarda yer çatışmazlığı probleminə də toxunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO