Pavel Durovun həbsi ilə bağlı Rusiyadan FƏRQLİ AÇIQLAMALAR

Pavel Durovun həbsi ilə bağlı Rusiyadan FƏRQLİ AÇIQLAMALAR

Hazırda oxunan: Pavel Durovun həbsi ilə bağlı Rusiyadan FƏRQLİ AÇIQLAMALAR

208328

“Telegram”ın təsisçisi Pavel Durovun həbsi ən çox Rusiya hakim dairələrində ciddi narahatlıq doğurub.

Bizim.Media xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı Rusiyanın bir sıra rəsmilərindən sərt açıqlamalar gəlir.

Onlardan bəzilərini təqdim edirik.

Dövlət Dumasının deputatı Vladislav Davankov: “İndi onu (Durovu) çıxarmaq lazımdır. Mən Rusiyanın xarici işlər naziri Sergey Lavrovu Fransa hakimiyyətini Pavel Durovu həbsdən azad etməyə çağırdım”.

Dövlət Dumasının deputatı Aleksey Puşkov: “Liberal diktatura azadlıq iddiasında olan və onun qaydaları ilə oynamayan tənhalara dözmür”.

Senator Andrey Klişas: “Fransızlar “söz azadlığı” və “Avropa dəyərləri” uğrunda mübarizəni davam etdirirlər”.

Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov: “Bəzi sadəlövh insanlar hələ də başa düşmürlər ki, əgər onlar beynəlxalq informasiya məkanında az-çox görünən rol oynayırlarsa, totalitar cəmiyyət olmağa doğru irəliləyən ölkələrə səfər etmək onlar üçün təhlükəsiz deyil”.

Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulina: "Eyni səbəblərdən Zukerberq də indi dəmir barmaqlıqlar arxasında olmalı idi".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO