Moskvada kişi ana və uşağı pəncərədən atdı - FOTO/VİDEO

Moskvada kişi ana və uşağı pəncərədən atdı - FOTO/VİDEO

Hazırda oxunan: Moskvada kişi ana və uşağı pəncərədən atdı - FOTO/VİDEO

208291

Rusiyanın paytaxtında kişi qadın və uşağı evin pəncərəsindən atıb, hər ikisi ölüb.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə informasiyanı Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti yayıb.

Mənbə yazır ki, insidentlə bağlı cinayət işi açılıb. 
 

İstintaq qeyd edib ki, avqustun 25-də Moskvanın Krasnokazarmennaya küçəsində yerləşən yaşayış binasının yaxınlığında hündürlükdən yıxılaraq xəsarətlər olan qadın və uşaq meyitləri aşkar edilib. 


Hazırda paytaxtın İstintaq Komitəsinin müstəntiqləri hadisə yerində işləyir.

Hüquq-mühafizə orqanları bildirib ki, qadını və azyaşlı uşağı mənzilin pəncərəsindən atdığı iddia edilən şəxs əşyaları yerə atmaqda davam edir. “Fövqəladə vəziyyətin baş verdiyi mənzilə hələ də daxil olmaq mümkün olmayıb”, - deyə agentliyin həmsöhbəti bildirib. Ehtimal olunur ki, kişi qeyri-adekvat vəziyyətdədir.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO