İsrail Livanın “Hizbullah” hərəkatına hücuma görə fövqəladə vəziyyət elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə “Ynet News” xəbər yayıb.
MÖVZU İLƏ BAĞLI:
“Kim bizi vurursa, biz də onu vururuq" - Netanyahu
Fövqəladə vəziyyətlə əlaqədar Rişon-LeZion şəhərindən ölkənin cənub hissəsinə qədər çimərliklər bağlanıb.
“Times of Israel”in məlumatına görə, universitetlər İsrailin Livan ərazisinə endirdiyi zərbələr və “Hizbullah” hərəkatını atəşə tutması səbəbindən dərslərin ləğv edildiyini açıqlayıb.
Təl-Əviv Universiteti bu gün imtahanları ləğv etdiyini açıqlayıb, lakin digər müntəzəm dərslər davam edəcək.
Technion və Hayfa Universiteti bütün tədbirlərin ləğv edildiyini bildirir. Dərslər Ono Akademik Kollecinin Hayfa şəhərciyində “Zoom” vasitəsilə keçiriləcək, bu gün və sabahkı imtahanlar isə ləğv edilib.
Bizim.Media