İsrail ordusu bu səhər Livanda "Hizbullah" hərəkatının hədəflərinə qabaqlayıcı zərbələr endirdikdən sonra, İsrailin müdafiə naziri Yoav Qalant növbəti 48 saat ərzində ölkədə fövqəladə vəziyyət elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Ynet News" portalı məlumat yayıb.
Bundan əlavə, İsrail televiziyasının "12-ci" kanalı İsrailin baş naziri Benyamin Netanyahunun hökumət evində Yoav Qalantla qapalı görüş keçirdiyi barədə məlumat dərc edib.
"The Times of Israel" qəzeti isə Netanyahunun yerli vaxtla saat 07:00-da təhlükəsizlik məsələləri ilə bağlı hökumətin iclasını keçirəcəyini yazıb.
Qeyd edək ki, "Hizbullah" hərəkatı, Beyrutda hərbi qanad komandiri Fuad Şükrün öldürülməsinə cavab olaraq İsrailə zərbələr endirib. Livandan İsrailə doğru 320-dən çox raket atılıb və ölkədəki 11 hərbi baza atəşə tutulub.
Bizim.Media