İrandan qaçan məşhur kinorejissorun filmi “Oskar”a GÖNDƏRİLDİ

İrandan qaçan məşhur kinorejissorun filmi “Oskar”a GÖNDƏRİLDİ

Hazırda oxunan: İrandan qaçan məşhur kinorejissorun filmi “Oskar”a GÖNDƏRİLDİ

208235

Almaniya hökuməti məşhur iranlı kinorejissor Məhəmməd Rəsulovun çəkdiyi “Müqəddəs əncir toxumu” filmini öz kinosu kimi “Oskar” Akademiyasına göndərib.

Bizim.Media xəbər verir ki, bu barədə “Iran Wire” məlumat yayıb.

Məlumata görə, gizli şəkildə lentə alınan filmin hekayəsi 2022-ci ildə İranda keçirilən xalq etirazlarına həsr olunub və etiraz aksiyalarından real fraqmentləri əks etdirir.

Bildirilib ki, Məhəmməd Rəsulovun “Müqəddəs əncir toxumu” filmi 97-ci “Oskar” mərasimində beynəlxalq və ya ingilis dilində olmayan filmlər kateqoriyasında mükafat uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Məhəmməd Rəsulov çəkdiyi filmə görə may ayında 8 illik şərti həbs cəzasına məhkum edildikdən sonra İranı tərk edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO