İsrailli əsirlərin ailələrindən Baydenə: “Netanyahuya inanma, bizə təzyiq göstərməyiniz lazımdır”

İsrailli əsirlərin ailələrindən Baydenə: “Netanyahuya inanma, bizə təzyiq göstərməyiniz lazımdır”

Hazırda oxunan: İsrailli əsirlərin ailələrindən Baydenə: “Netanyahuya inanma, bizə təzyiq göstərməyiniz lazımdır”

208224

İsrailli əsirlərin ailələri ABŞ prezidenti Co Baydenə ölkənin Baş naziri Benyamin Netanyahudan şikayət ediblər.

Bizim.Media xəbər verir ki, “İsrael Hayom” agentliyinin məlumatına görə, bu gün girov götürülən şəxslərin ailələri Təl-Əvivin mərkəzində “Siz onları xilas edə bilərsiniz” şüarı altında aksiya keçirib.

Lakin hələ tədbir başlamazdan əvvəl HƏMAS yaraqlıları tərəfindən əsir götürülən və Qəzza zolağında saxlanılan Matan Tsenqaukerin anası Eynav Tsenqauker ABŞ prezidenti Co Baydenə müraciət edərək kömək istəyib: 

Mənim Mətanımı oğurlayıblar və o, hələ də xilas ola bilər, yaşayan girovlar hələ də qaytarıla bilər. Qahirədə görüş ərəfəsindəyik, deyəsən, bu, son şansdır: ya saziş bağlanacaq, ya da eskalasiya başlayacaq.

Bu gecə biz prezident Baydenə demək istəyirik ki, Netanyahu sistematik olaraq razılaşmanı pozur. Ona güvənmə. Prezident Bayden, köməyinizə ehtiyacımız var. Bizə təzyiq göstərməyiniz lazımdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO