Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dənizdə hədəfə aldıqları Yunan gəmisinin görüntülərini yayımlayıb.
Husilərin media mənbələri tərəfindən paylaşılan görüntülərdə Yunan gəmisinin "İsrail limanlarına giriş qadağasını pozduğu" üçün hədəf alındığını və vurulduqdan sonra alovlandığını əks etdirən kadrlar yer alıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Husilər dünən MV Sounion adlı gəmini
"İsrail limanlarına giriş qadağasını pozduğu" səbəbilə hədəf aldıqlarını elan etdiblər.
İngiltərənin Sənadakı səfiri Abda Şərif də Qırmızı dənizdə husilərin hücumuna məruz qalan MV Sounion adlı gəminin heyətinin xilas edildiyini, ciddi ziyan görən gəminin isə Qırmızı dənizdə qapalı qaldığını açıqlayıb. Husilərin bu hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin təhlükə altında olduğunu əsas gətirərək 18 dekabr 2023-cü il tarixində bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı "Rəfahın Mühafizəçisi"
adlı çoxmillətli "dəniz işçi qrupu" yaradıldığını açıqlayıb. ABŞ qüvvələri bu müddət ərzində dəfələrlə Yəməndən atılan raketləri və kamikadze dronları vurduqlarını bildirib. Avropa İttifaqı (Aİ) fevralın 19-da Qırmızı dənizdə naviqasiya təhlükəsizliyi üçün Aspides missiyasını işə saldığı halda, İtaliya martın 5-də parlamentin qərarı ilə bu missiyaya qoşularaq taktiki komandanlığı öz üzərinə götürüb.
Qeyd edək ki, qlobal ticarətin təxminən 12 faizi Aralıq dənizini Qırmızı dənizə birləşdirən və Avropa ilə Asiya arasında ən qısa marşrutu təklif edən Süveyş kanalı vasitəsilə həyata keçirilir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:20 / 24.08.2024
Yəməndəki husilər Qırmızı dənizdə yunan gəmisini hədəfə alıb - VİDEO
Hazırda oxunan: Yəməndəki husilər Qırmızı dənizdə yunan gəmisini hədəfə alıb - VİDEO
Hazırda oxunan: Yəməndəki husilər Qırmızı dənizdə yunan gəmisini hədəfə alıb - VİDEO
208165
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.