Xaricə gedən azərbaycanlıların 28,9 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib

Xaricə gedən azərbaycanlıların 28,9 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib

Hazırda oxunan: Xaricə gedən azərbaycanlıların 28,9 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib

208151

2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə bu il xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 23,1 faiz artaraq 1223,0 min nəfər olub.

Bizim.Media Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyul aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,9 faizi hava, 28,9 faizi dəmir yolu və avtomobil, 2,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Xaricə gedən Azərbaycan Respublikası vətəndaşlarının arasında İrana gedənlərin sayı 37,8 faiz, Türkiyəyə gedənlərin sayı 19,3 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 16,2 faiz, Gürcüstana gedənlərin sayı 15,9 faiz artıb. Azərbaycan Respublikası vətəndaşlarının 41,2 faizi Türkiyəyə, 21,4 faizi Rusiya Federasiyasına, 8,7 faizi Gürcüstana, 8,6 faizi İrana, 20,1 faizi digər ölkələrə səfər edib.

Gedənlərin 65,0 faizini kişilər, 35,0 faizini qadınlar təşkil edib.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO