Türkiyə Rusiyadan gələn turistlər üçün sanksiyanı LƏĞV edib

Türkiyə Rusiyadan gələn turistlər üçün sanksiyanı LƏĞV edib

Hazırda oxunan: Türkiyə Rusiyadan gələn turistlər üçün sanksiyanı LƏĞV edib

208135

Türkiyə Rusiyadan gələn turistlər üçün sanksiyalarla bağlı problemləri aradan qaldırıb.

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) rəhbəri Firuz Bağlıkaya bildirib ki, Türkiyə Qərbin sanksiyaları nəticəsində rus turistlərin yaratdığı problemlərin öhdəsindən gələ bilib.

“Birinci dövrdə Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə ödənişlə bağlı bəzi problemlər yaransa da, tez bir zamanda aradan qaldırıldı”, o, RİA Novosti-yə bildirib.

Bağlıkayanın sözlərinə görə, Rusiya Türkiyənin turizm sənayesi üçün ən vacib bazarlardan biridir.

Bundan əvvəl Rusiyanın İstanbuldakı baş konsulu Andrey Buravov bildirmişdi ki, Rusiyanın Türkiyədəki diplomatik nümayəndəliyinin əməkdaşları Rusiya vətəndaşlarının İstanbuldan keçməklə Latın Amerikası dövlətlərinə tranziti ilə bağlı vəziyyəti fəal şəkildə izləyirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO