Taliban qadınların qohumu olmayan kişilərə baxmasını QADAĞAN ETDİ

Taliban qadınların qohumu olmayan kişilərə baxmasını QADAĞAN ETDİ

Hazırda oxunan: Taliban qadınların qohumu olmayan kişilərə baxmasını QADAĞAN ETDİ

207987

Əfqanıstanda hakimiyyətdə olan Taliban rejimi əsasən qadınların həyatını tənzimləyən yeni qanunlar toplusu qəbul edib.  

Bizim.Media “ABC News”a istinadən xəbər verir ki, bu barədə Taliban hökumətinin sözçüsü məlumat verib.  

O, bildirib ki, qanunlar çərşənbə günü lider Hibətullah Axundzadə tərəfindən təsdiq edildikdən sonra verilib.  
 

Taliban 2021-ci ildə hakimiyyəti ələ keçirdikdən sonra “Fəzilətin təbliği və pisliyin qarşısının alınması” üçün nazirlik yaratmışdı. Həmin nazirliyin qəbul etdiyi qanunlar ictimai nəqliyyat, musiqi və şənliklər kimi gündəlik həyatın aspektlərini əhatə edib. Qanunlar 114 səhifədən və 35 məqalədən ibarət olub. 


Bunların arasında qadınların şəxsi azadlığına müdaxilə edən maddələr də var. Onlardan biri olan 13-cü maddədə qadınların ictimai yerlərdə öz bədənini örtməsi məcburi edilib. Onlar başqalarını şirnikləndirməkdən qaçmaq üçün üz örtüyü taxmalıdır. Geyim nazik, dar və ya qısa olmamalıdır.  

Maddə də o da qeyd edilib ki, qadınlar fitnə-fəsad törətməmək üçün müsəlman olmayan kişi və qadınların qarşısında örtünməyə borcludurlar. Onun səsi intim sayılır və buna görə də mahnı oxuyanda, və ya ucadan danışanda eşidilməməlidir.  

Qadınların qohumluq və ya nikah qohumluğu olmayan kişilərə baxması da qadağan edilib. 

BMT-nin keçən ay təqdim etdiyi hesabatda bu qanunlara münasibət olaraq bildirmişdi ki, nazirliyin fərmanları və onların icrası üçün istifadə etdiyi üsullar əfqanlar arasında narazılıq və qorxuya səbəb olub. 

"Hesabatda qeyd olunan çoxsaylı məsələləri nəzərə alaraq, faktiki hakimiyyət orqanlarının bu nəzarəti artıracağını və genişlədəcəyini ifadə etdiyi mövqe bütün əfqanları, xüsusilə də qadınları və qızları əhəmiyyətli dərəcədə narahat edir", - insan hüquqları təşkilatının rəhbəri Fiona Frazer bildirib.  

Taliban isə BMT-nin hesabatını rədd edib.  

Qeyd edək ki, Taliban rejimi Qəndəhar şəhərindəki mədrəsədə, Şeyx Məhəmməd Omərın başçılığı altında, 30 tələbə ilə birgə yaradılıb. Getdikcə sayları çoxalan, “şəriət” qanunları əsasında fəaliyyət göstərən Taliban 2021-ci ildə Əfqanıstan hökümətini ələ keçirib və hazırda hakim qüvvədir.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO