Banqladeşdə ən azı 3 milyon insan daşqınlardan zərər çəkib - VİDEO

Banqladeşdə ən azı 3 milyon insan daşqınlardan zərər çəkib - VİDEO

Hazırda oxunan: Banqladeşdə ən azı 3 milyon insan daşqınlardan zərər çəkib - VİDEO

207910

Banqladeşdə təbii fəlakət üç milyon insana zərər verib.

Bizim.Media xəbər verir ki, bu barədə “Daily Star” məlumat yayıb.

Musson yağışlarından sonra çayların daşması nəticəsində yaranan daşqınlar ən çox Feni, Parşuram, Phulqazi və Noaxali rayonlarına ziyan vurub, sel suları 208 kənd yaşayış məntəqəsini basıb, torpaq sürüşməsinə, evlərin dağılmasına, nəqliyyat əlaqələrinin və enerji təchizatının pozulmasına səbəb olub.

Təbii fəlakət bölgələrindən ölən və itkin düşmüş insanlar barədə məlumatlar gəlir, onların dəqiq sayı göstərilmir.

Qeyd edək ki, Banqladeşdə musson mövsümü iyundan oktyabr ayına qədər yüksək yağışlarla davam edir. Meteoroloqların hesablamalarına görə, bu il baş verən daşqınlar ölkədə son 37 ilin ən pis hadisəsi olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO