İsrailin Baş naziri Benyamin Netanyahunun böyük oğlu Yairin Mayamidə yaşadığı elit yaşayış kompleksində partlayıcı qurğuya bənzər əşya aşkar edilib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrailin “N12” telekanalı yayıb.
Belə ki, avqustun 20-də bina sakinləri öz mənzillərini tərk etməmələri və pəncərəyə yaxın durmamaları ilə bağlı kompleksin administrasiyasından və polisdən bildiriş alıblar. Üç saatdan sonra isə onlara sözügedən əşyanın yoxlanıldığı və onun bomba olmadığı barədə məlumat verilib.
Kompleks sakinlərindən birinin telekanala verdiyi məlumata görə, həmin binada çox sayda israilli yaşayır. Onun sözlərinə görə, insident zamanı Netanyahunun 33 yaşlı oğlu binada olmayıb. Bununla belə, digər sakin bildirib ki, Yair Netanyahu vaxtının çoxunu evdə keçirir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
10:37 / 22.08.2024
Netanyahunun oğlunun yaşadığı binaya bomba qoyulub? - DETALLAR
Hazırda oxunan: Netanyahunun oğlunun yaşadığı binaya bomba qoyulub? - DETALLAR
Hazırda oxunan: Netanyahunun oğlunun yaşadığı binaya bomba qoyulub? - DETALLAR
207807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.