Filipp Kirkorovun Qarabağ separatçılarına pul toplayan atası HƏBS OLUNACAQ? - FOTO

Filipp Kirkorovun Qarabağ separatçılarına pul toplayan atası HƏBS OLUNACAQ? - FOTO

Hazırda oxunan: Filipp Kirkorovun Qarabağ separatçılarına pul toplayan atası HƏBS OLUNACAQ? - FOTO

207803

Rusiyanın tanınmış müğənnisi, milliyyətcə erməni olan Filipp Kirkorovun atası Bedros Kirkorovu 15 sutkaya qədər həbs gözləyir. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Mash Telegram kanalı yayıb.

Mənbə yazır ki, yol polisinin ödənilməmiş cərimələrinə görə 92 yaşlı Bedrosa inzibati iş açılıb. 

Bu yaxınlarda pensiyaçı üç dəfə sürət həddini aşıb. O, 1500 rubl cəriməni hələ də ödəməyib. Onu həbs və ya ikiqat ölçüdə cərimə gözləyir.

Xatırladaq ki, Filip Kirkorovun atası, Rusiyanın xalq artisti Bedros Kirkorov Azərbaycanın qatı düşmənidir.

O, 2-ci Qarabağ müharibəsi zamanı Rusiyada yaşayan erməni diasporu ilə birlikdə Qarabağdakı separatçılar üçün 2 milyon 600 min rubl (təqribən 33 min dollar) pul toplayıb. 

Yeri gəlmişkən, 2005-ci ilin iyulunda Rusiya estradasının bir çox “ulduz”u, o cümlədən Soso Pavliaşvili, Katya Lel, Aziza və Bedros Kirkorov Xankəndi stadionunda konsert proqramı ilə çıxış edib.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO