ABŞ prezidentliyinə namizəd Donald Tramp snayper hücumundan sonra ilk dəfə açıq havada ictimaiyyət qarşısına çıxıb.
Bizim.Media xəbər verir ki, Şimali Karolina ştatında Aşerboro aviasiya muzeyinin həyətində qurulmuş tribuna güllə keçirməyən şüşə ilə əhatələnib.
Ətrafdakı binaların üzərinə isə snayperlər və xüsusi xidmət orqanlarının əməkdaşları yerləşdirilib.
İyulun 13-də olan hücumdan sonra ABŞ kəşfiyyatı Trampa açıq havada tədbirləri dayandırmağı tövsiyə etsə də, prezidentliyə namizəd bu təklifi qəbul etməyib.
Bizim.Media