Sosial şəbəkələrdə hazırdsa ABŞ prezidentliyinə namizəd Kamala Harrisin namizədliyinə xələl gətirə biləcək bir sənəd yayılıb.
Bizim.Media xəbər verir ki, “X” sosial şəbəkəsində Harrisin doğum haqqında şəhadətnaməsini dərc edilib.
MÖVZU İLƏ BAĞLI:
Kamala Harris prezidentliyə namizədlərin debatında iştirak etməyəcək? - FOTO
Sənəddən aydın olur ki, siyasətçi Yamaykada anadan olub. Bu fakt isə prezident olmaq üçün ABŞ qanunlarına ziddir. Çünki ölkəyə rəhbərlik edəcək şəxs qanunlara görə, ya ABŞ-da doğulmalı, ya da valideynləri Amerika vətəndaşlığına malik olmalıdır.
Sənəd Harrisin atasının yaşadığı bölgədə yerləşən Yamayka xəstəxanasında tapılıb.
Qeyd edək ki, siyasətçinin anası Hindistandandır və Kamalanın doğulduğu ildə valideynlərinin hələ tələbə olması qızları dünyaya gələndə ABŞ vətəndaşlığına sahib olub-olmamasını şübhə altına alır.
Bizim.Media