İranda yeni hökumətin tərkibi TƏSDİQLƏNDİ

İranda yeni hökumətin tərkibi TƏSDİQLƏNDİ

Hazırda oxunan: İranda yeni hökumətin tərkibi TƏSDİQLƏNDİ

207749

İran parlamenti avqustun 21-də yeni hökumətin tərkibini rəsmən təsdiqləyib.

Bizim.Media xəbər verir ki, Abbas Əraqçı ölkənin xarici işlər naziri təyin edilib. 

Əziz Nəsirzadə İranın müdafiə naziri, İsgəndər Momeni Daxili İşlər Nazirliyinin rəhbəri, İsmayıl Xətib isə kəşfiyyat naziri olub.
 

Əraqçı 2017-2021-ci illərdə Ruhani hökumətində xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini olub. O, nüvə danışıqlarında nümayəndə heyətinə rəhbərlik edib. Onun İran-İraq müharibəsi zamanı İslam İnqilabı Keşikçiləri Korpusunda xidmət etdiyi, həmçinin Strateji Şuranın Qarşılıqlı Əlaqələr Şurasının katibi vəzifəsində çalışdığı bildirilir.


Nəsirzadə briqada generalıdır. O, Baş Qərargah rəisinin müavini və Hərbi Hava Qüvvələrinin komandanı olub.

Momeni SEPAH-da xidmət edib, prezidentin müşaviri və Narkotiklərlə Mübarizə Baş Qərargahının baş katibi vəzifələrində çalışıb. 

Xətib İran kəşfiyyatına rəhbərlik edib və Qum şəhərində Kəşfiyyat Nazirliyinin regional şöbəsinin rəisi vəzifəsində çalışıb. O, İranın ali dini lideri Ayətullah Əli Xameneinin ən yaxın müttəfiqlərindən biridir.

Həmçinin yeni hökumətdə Əlirza Kazemi təhsil naziri, Əhməd Dünyamalı idman naziri, Məhəmməd Atabək sənaye, mədən və ticarət naziri, Abbas Salehi mədəniyyət və islami irşad naziri, Hüseyn Simayi elm naziri, Qulamrza Nuri kənd təsərrüfatı naziri, Mohsen Paknejad neft naziri, Rza Salehi Əmiri mədəni irs naziri, Abbas Əliabadi energetika naziri, Əhməd Meydəri əmək naziri,  Səttar Haşemi rabitə naziri, Əbdünnaser Hemməti iqtisadiyyat naziri, Əmin Hüseyn Rəhimi ədliyyə naziri, Fərzanə Sadiq yol və şəhərsalma naziri, Məhəmmədrza Zəfərqəndi səhiyyə naziri təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO